Təbriz aeroportu bir həftədən sonra fəaliyyətini bərpa edəcək Dünya

Təbriz aeroportu bir həftədən sonra fəaliyyətini bərpa edəcək

Təbriz Beynəlxalq Hava Limanının bir həftədən sonra açılması planlaşdırılır.

“Tasnim”in xəbərinə görə, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin başçısının müavini bildirib.

Məlumata görə, ABŞ və İsrailin hücumları nəticəsində Təbriz aeroportunun bir çox hissəsinə ziyan dəyib və nəticədə uçuşlar dayandırılıb.

Hazırda zədələnmiş asfalt və beton zolaqların təmiri üzrə iş aparılır, eləcə də uçuşa nəzarət qülləsinin bərpası ilə bağlı tədbirlər görülüb.

Prosesin bir həftə ərzində tamamlanacağı gözlənilir.

Qeyd edək ki, İranda artıq bir neçə hava limanı uçuşları bərpa edib.