Pakistan və Türkiyə XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə etdilər Dünya

Pakistan və Türkiyə XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə etdilər

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı aparıb.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

M.İshaq Dar həmkarı ilə Pakistanın həyata keçirdiyi cari diplomatik səylərlə bağlı yenilikləri bölüşüb.

Telefon danışığı zamanı o vurğulayıb ki, dialoq və diplomatiya vasitəsilə davamlı təmasların saxlanılması həm regionda, həm də ondan kənarda sülh və sabitliyin təşviqi üçün yeganə səmərəli yoldur.

Tərəflər regional təhlükəsizlik məsələləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsini davam etdiriblər.