18:06
553
Avropa İttifaqı, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı nəticəsində enerji resurslarının qiymətinin artması səbəbindən 25 milyard avro itirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiprdə keçirilən Aİ-nin qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Münaqişənin başladığı 54 gün ərzində aldığımız karbohidrogen resursları üçün hesabımız 25 milyard avro artıb, üstəlik biz bir molekul belə artıq mal almamışıq. Buna görə də biz alternativ enerji mənbələrinin tətbiqini sürətləndirməliyik", - deyə fon der Leyen qeyd edib.
Məryəm Quliyeva