SAXAL və ŞABAK terror fəaliyyətinə qarşı əməliyyat keçirib Dünya

SAXAL və ŞABAK terror fəaliyyətinə qarşı əməliyyat keçirib

İsrail Müdafiə Ordusunun (SAXAL) qüvvələri genişmiqyaslı əməliyyatı başa çatdırıb. Əməliyyat zamanı 100-ə yaxın bina yoxlanılıb, 10-dan çox silah vahidi müsadirə edilib və axtarışda olan 6 nəfər saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

"Son sutka ərzində SAXAL qüvvələri və Yəhudiya və Samariya "Maqav" (sərhəd polisi) bölmələri, ŞABAK-ın (Daxili Təhlükəsizlik Xidməti) koordinasiyası ilə eyni vaxtda Ə-Ram, Aqub kəndlərində və Kalendiya düşərgəsində genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat zamanı qüvvələr 100-ə yaxın binada axtarış aparıb və 40 şübhəli şəxsi dindırıb.

Həmçinin, terror fəaliyyəti, təxribat və silah saxlamaqda əli olan, axtarışda olan 6 nəfər saxlanılıb.

Bundan əlavə, qüvvələr tərəfindən tapançalar, "Karlo" tipli silahlar, ov tüfəngi, M16 və M4 tüfəngləri, habelə boru tipli əldəqayırma partlayıcı qurğular, silah hissələri, döyüş sursatı və hərbi ləvazimatlar daxil olmaqla 10-dan çox silah vahidi aşkar edilərək müsadirə olunub.

Saxlanılan şəxslər dindirilmək üçün İsrailin Şomron dairəsindəki 'Binyamin' polis bölməsinə təhvil verilib.

Təhlükəsizlik qüvvələri, həm daimi, həm də ehtiyat qüvvələr, Yəhudiya və Samariyanın bütün ərazisində terror fəaliyyətinin qarşısını almaq üçün aktiv və hücumameyilli fəaliyyətlərini davam etdirirlər", — deyə məlumatda bildirilir.

Məryəm Quliyeva