16:51
1 113
Amerika Birləşmiş Ştatları İranın Hörmüz boğazındakı gəmilərə mümkün zərbələrinə "sarsıdıcı atəş gücü" ilə cavab verməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə brifinqdə ABŞ-ın müdafiə naziri Pit Heqset bəyanat verib.
"Əgər siz Amerika qoşunlarına və ya mülki gəmilərinə hücum etsəniz, ABŞ-ın sarsıdıcı atəş gücü ilə qarşılaşacaqsınız", — deyə o, Tehranın Hörmüz boğazında gəmiçiliklə bağlı xəbərdarlıqlarını şərh edərkən bildirib.
Məryəm Quliyeva