12:56
1 078
Səhər saatlarında Rumıniyanın Konstansa limanı yaxınlığında dəniz dronu partlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
"Clash Report" yazır ki, PUA səhər saat təxminən altıda müşahidə edilib. İlkin məlumatlara görə, dron partlayış üçün proqramlaşdırılmış taymerlə təchiz olunubmuş. Partlayıcı qurğu təxminən saat 10:30-da işə düşüb.
Qeyd olunur ki, dəniz dronunun partlamasından əvvəl limanı təxliyə etmək mümkün olub. Ehtimala görə, aparatın içərisində onlarla kiloqram partlayıcı maddə var imiş.
Məryəm Quliyeva