Gələn il Serbiya Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Nazir: Xəzər dənizinin səviyyəsinin azalmasını beynəlxalq gündəliyə çıxarmağa çalışırıq
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir
Nazir: 2030-cu ilə qədər bərpaolunan enerjinin payının 30 %-ə çatıdırlması hədəflənib
“Bakı və İrəvan sülhün xalis "ikitərəfli" məhsul olmasında maraqlıdır”
10:32
763
Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Siyasəti və İdarəetmə Akademiyasının MPA proqramı üzrə magistratura təhsili alan dövlət qulluqçuları üçün təşkil etdiyi təlim-tədis proqramı çərçivəsində məruzə ilə çıxış edib.
“Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin formalaşması və inkişaf mərhələləri” mövzusunda çıxış edən Azər Allahverənov ölkəmizdə vətəndaş cəmiyyəti institularının inkişaf tarixinə nəzər salıb, ayrı-ayrı dövrə xas xüsusiyyətlərinə diqqət yetirib.
Bildirilib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması ölkənin müstəqillik əldə etməsi ilə paralel şəkildə inkişaf etmiş mürəkkəb və çoxşaxəli bir prosesdir. Məhz müstəqillik qazanıldıqdan sonra vaxtilə müəyyən mənada qeyri-rəsmi təsisatlar və təşəbbüs qrupları formatında büruzə verən təşəbbüslər sonrakı mərhələdə institusional formaya keçərək qeyri-hökumət təşkilatları sektorunun və daha geniş mənada vətəndaş cəmiyyətinin formalaşmasına və bu əsasda daha da inkişaf etməsinə gətirib çıxardı.
Cavid
