12:43
1 281
Rusiya Prezidenti Vladimir Putinə artıq ukraynalı həmkarı Vladimir Zelenskinin məktubu barədə məlumat çatdırılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Ona məlumat verilib", — deyə Kreml nümayəndəsi bildirib.
Peskov Putinin bu məlumata reaksiyasını dəqiqləşdirməyib. Bununla yanaşı, dövlət başçısının mətbuat katibi qeyd edib ki, məktub rəsmi rabitə kanalları vasitəsilə daxil olmayıb və Rusiyanın Ukrayna ilə bu növ əlaqə kanalları yoxdur.
Ötən gün Ukrayna prezidentinin saytında Zelenskinin açıq məktubu dərc olunub. O, məktubda Putinə müraciət edərək şəxsi görüşün tarixini müəyyənləşdirməyi xahiş edib. Ukrayna lideri qeyd edib ki, bunu "dürüst, ləyaqətlə etmək və müharibənin yenidən alovlanmayacağına zəmanət vermək" lazımdır.
Zelenskinin məktubunu şərh edən Peskov bildirib ki, Kreml artıq sənədi görüb. Mətbuat katibi mətnlə özünün artıq tanış olduğunu, Rusiya dövlətinin rəhbərinin isə Piter Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərlərinin suallarını cavablandırdığı üçün sənədi hələ görmədiyini söyləyib.
Məryəm Quliyeva