"Rusiya qarşılıqlı güzəştə getmək üçün real iradə nümayiş etdirməyib" Dünya

"Rusiya qarşılıqlı güzəştə getmək üçün real iradə nümayiş etdirməyib"

Təcavüzkar ölkənin güzəştə getməyə hazır olduğunu bəyan etməsi olduqca qəribədir. Mən onları ciddi qəbul etməzdim, çünki son dörd il yarım ərzində Rusiya qarşılıqlı güzəştə getmək üçün real iradə nümayiş etdirməyib. Əksinə, daha çox ultimatumlarla hərəkət edir və heç də həmişə öz bəyanatlarını və razılaşmalarını yerinə yetirmir.

Bunu xalqcebhesi.az-a İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday deyib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda keçirdiyi mətbuat konfransında bəyan edib ki, Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır. "Biz təbii ki, Trampla Ankoricdə müzakirə etdiyimiz şeylər əsasında Ukrayna ilə sülh sazişinin imzalanmasına hazırıq və sadiqik. Ankoricdə müzakirə etdiyimiz güzəştlərə də hazırıq. Ukrayna da güzəştə getməyə hazır olmalıdır", - Putin bildirib.

"Ona görə də hələlik bu, həqiqi mövqe dəyişikliyindən daha çox siyasi ritorikadır. Ola bilsin ki, bu sözlər təkcə Ukraynaya deyil, həm də Qərb ölkələrinə, o cümlədən ABŞ-a ünvanlanıb. Ola bilsin ki, bu, Amerikanın gündəminə və Donald Trampa təsir etmək cəhdidir, xüsusən də ondan dərhal sonra o, yenidən Ukrayna və Rusiya arasında danışıqların zəruriliyindən danışıb. Eyni zamanda, ABŞ-da Ukraynaya yeni yardımlar və Rusiyaya qarşı sanksiyalarla bağlı müzakirələr gedir" - politoloq deyib.

Hayday qeyd edib ki, ancaq burada birbaşa əlaqə qurmaq çətindir. Daha doğrusu, bu, siyasi proseslərin təsadüfidir. Bu cür ifadələrin ciddiliyini yalnız sözlərlə deyil, real əməlləri ilə qiymətləndirmək olar.

Cavid