Aİ şirkətləri ABŞ sanksiyaları fonunda Kubadakı fəaliyyətlərini azaldır Dünya

Aİ şirkətləri ABŞ sanksiyaları fonunda Kubadakı fəaliyyətlərini azaldır

Kuba dövlət strukturları ilə əməkdaşlıq edən xarici müəssisələrə qarşı ABŞ-ın yeni sanksiyalarının qüvvəyə minməsindən sonra bəzi Avropa şirkətləri Kubadakı fəaliyyətlərini dayandırmağa başlayıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, İspaniyanın "Iberostar" və "Melia" otel şəbəkələri adadakı bir sıra obyektlərin idarəetməsindən imtina edib, Fransanın "CMA CGM" və Almaniyanın "Hapag-Lloyd" şirkətləri isə Kuba limanlarına və oradan həyata keçirilən daşımaları dayandırıb.

"Politico" qeyd edir ki, yeni məhdudiyyətlər Kubanın "Grupo de Administración Empresarial S.A." (GAESA) konqlomeratı ilə biznes quran şirkətlərə qarşı sanksiyaları nəzərdə tutur. Aktivlərin dondurulması və ABŞ-ın maliyyə sisteminə çıxışın məhdudlaşdırılması riski səbəbindən Avropa müəssisələri Kubadakı varlıqlarını azaldırlar.

Məryəm Quliyeva