"Ermənistan tezliklə KTMT üzvlüyündən imtina edəcək" Dünya

"Ermənistan tezliklə KTMT üzvlüyündən imtina edəcək"

Gözlənilən idi ki, Rusiya Cənubi Qafqazdan tamamilə qapı kənarı edilsin. 44 günlük Qarabağ savaşından sonra nəhayət ermənilər də anlamağa başladılar ki, onlar kiminsə planlarını həyata keçirirlər. Həm iqtisadiyyatları məhv olur, həm regionda yaxşı olmayan tərəfdaş kimi kənarda qalır, həm də yalan vədlər ilə başları aldadılır. Və bəli artıq hər üç Cənubi Qafqaz ölkəsi Rusiyanı qəbul etmir.

Bunu xalqcebhesi.az-a politoloq Ərəstun Əlizadə deyib.

"Rusiyanın Cənubi Qafqazdakı tərəfdaş ölkəsi olan Ermənistan da artıq onun təsir dairəsindən sürətlə uzaqlaşmaq üzrədir. Çünki Rusiya batan bir gəmidir və Ermənistan hakimiyyəti də bu gəmidə yer almağın mənasız olduğunu düşünür. Odur ki, belə bir zamanda Ermənistana kömək duracaq dövlətləri Paşinyan hakimiyyəti Qərbdə axtarır" - Politoloq deyib.

O, qeyd edib ki, istər ABŞ, istərsə də Avropa ölkələri zamanla Ermənistanın Rusiyanın caynağından qopması üçün çalışdılar. Və onlar bu gün həmin prosesə daha çox yaxındırlar:

"Düşünürəm ki, Ermənistan tezliklə KTMT üzvlüyündən imtina edəcək və rus hərbi qüvvələrinin Gümrü hərbi bazasından çıxarılmasına çalışacaq. Ruslar itirilmiş mövqelərini geri qazanmağa çalışsalar da bu artıq gecdir. Yaxın gələcəkdə Ermənistanın da NATO dövləti olması ehtimalı daha çoxdur".

Cavid