Baş katib Azər Allahverənov Özbəkistandan olan dövlət qulluqçuları üçün mühazirə oxuyub
Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq
Dünya Bankı may ayı üzrə neftin orta qiymətləri üzrə göstəriciləri açıqlayıb
Prezident İlham Əliyev Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib
Azərbaycan nefti 100 dollardan yuxarı səviyyədə ticarət olunur
09:27
728
Pentaqon Rusiyanın ehtimal olunan reaksiyası səbəbindən Almaniyaya "Tomahawk" qanadlı raketlərinin tədarükünün ləğv edilməsi imkanını nəzərdən keçirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" qəzeti iki avropalı və bir amerikalı məmura istinadən məlumat yayıb.
"Pentaqonun Almaniyaya "Tomahawk" raketlərinin göndərilməsi planını qismən Rusiyanın bunu eskalasiya kimi qəbul edəcəyi narahatlığına görə ləğv edəcəyi gözlənilir. Bu, Amerikanın ən böyük müttəfiqlərindən biri ilə uzun müddətdir planlaşdırılan razılaşmaya münasibətdə təəccüblü bir geri dönüş olacaq", — deyə məqalədə bildirilir.
Qəzetin mənbələrinin sözlərinə görə, ABŞ rəsmiləri bu raketlərin tədarük ediləcəyi təqdirdə Rusiya tərəfinin cavab tədbirləri görəcəyindən ehtiyat edirlər. Bundan əlavə, onlar ABŞ və İran arasındakı müharibə fonunda ölkənin silah ehtiyatlarının azalmasından narahatdırlar.
"Politico" qeyd edib ki, bu addım ABŞ-ın NATO-dakı iştirakının daha geniş miqyasda azaldılmasının, o cümlədən minlərlə amerikalı hərbi qulluqçunun Almaniyada yerləşdirilməsinin ləğv edilməsinin bir hissəsidir.
Məryəm Quliyeva