ABŞ Kolumbiyada seçkilərə müdaxilə edənləri viza sanksiyaları ilə hədələyib​​​​​​​ Dünya

ABŞ Kolumbiyada seçkilərə müdaxilə edənləri viza sanksiyaları ilə hədələyib​​​​​​​

ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau, Kolumbiyada keçiriləcək prezident seçkiləri prosesinə qanunsuz müdaxilə etdiyi Vaşinqton tərəfindən müəyyən olunacaq şəxslərə qarşı fərdi sanksiyalar tətbiq olunacağı ilə hədələyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Landau "X" sosial şəbəkəsində yazıb.

"Kolumbiyada ədalətli seçkilərin təmin edilməsi üçün Karib dənizi sahili və digər bölgələrdəki vəziyyəti diqqətlə izləyirik. Kolumbiyada demokratik prosesi sarsıtmaq və ya onunla manipulyasiya etmək niyyətində olanlar — istər səslərin satın alınması, istərsə də digər üsullarla olsun — bilməlidirlər ki, onlar özlərinin və ailə üzvlərinin ABŞ vizalarını təhlükəyə atırlar", — deyə o bildirib.

Məryəm Quliyeva