13:10
1 134
Monteneqronun 2028-ci ildə 28-ci üzv dövlət kimi Avropa İttifaqına qəbul edilməsi istisna deyil, çünki ölkə danışıqlar prosesində "mükəmməl nəticələr" nümayiş etdirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta "Euronews" telekanalına müsahibəsində bildirib.
"Monteneqro çox yaxşı nəticələr göstərir. Biz artıq üzvlük haqqında müqavilə layihəsinin hazırlanmasına başlamaq üçün işçi qrupunun yaradılmasını təsdiqləmişik, - deyə o qeyd edib. - Əlbəttə ki, 2027-ci ilin birinci yarısında biz daha çox müxtəlif ölkələrdəki seçkilərə diqqət yetirəcəyik. Lakin, şübhəsiz ki, ilin ikinci yarısında biz bu məsələyə qayıda biləcəyik. Və hər şey qaydasında olarsa, bu, mümkün olacaq. 2028-ci ildə 28-ci üzv dövlət olmaq tamamilə realdır".
Məryəm Quliyeva