Venesuelada zəlzələdən sonra yeni yeraltı təkanlar gözlənilir
Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisi açılacaq
Tramp: ABŞ zəlzələdən zərər çəkmiş Venesuelaya kömək etməyə hazırdır
Britaniya "Smyrtos" tankerindən satacağı neftin vəsaitini Ukraynaya verməyi planlaşdırır
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
08:58
567
Bürgenstok prosesinin
(İsveçrənin Bürgenstok kurortunda müxtəlif illərdə aparılan, əsasən ABŞ–İran arasında regional gərginliyi və nüvə məsələlərini normallaşdırmağa yönəlmiş beynəlxalq texniki danışıqlar proses) uğuru tərəflərin fərdi sövdələşmələrdən kənara çıxa bilməsindən asılıdır, çünki təcrid olunmuş razılaşmalar regional müqavimətlə üzləşəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu iranşünas Vasili Papava deyib.
"Livandakı “müharibənin sonu” fərqli şərh olunur ki, bu da daim yeni anlaşılmazlıq riski yaradır. Vaşinqton və Tehran Livanın gələcək siyasi həlli ilə bağlı terminoloji və strateji razılığa gələ bilməsələr, hər an yaradılan kövrək arxitekturanı məhv edə biləcək əsas “mina” məhz bu şərh fərqidir" - siyasi ekspert deyib.
O, qeyd edib ki, beləliklə, Bürgenstok prosesi “uçurum üzərində körpü”dən daha çox nəzarətsiz eskalasiyanın qarşısını almaq üçün müvəqqəti və çəkindirici mexanizmdir. Sabitləşmə tələbi realdır, lakin onu davamlı regional arxitekturaya çevirmək üçün daha çox vaxt lazımdır:
"Reallıqda bu proses tərəflərə qlobal siyasi vəziyyət dəyişənə qədər birbaşa hərbi qarşıdurmadan qaçmağa imkan verən “taktiki pauza”nı ifadə edir".
Cavid