Euractiv: Türkiyə "S-400"ləri "üçüncü ölkəyə" təhvil versə, ABŞ ona "F-35" sata bilər Gündəm

Euractiv: Türkiyə "S-400"ləri "üçüncü ölkəyə" təhvil versə, ABŞ ona "F-35" sata bilər

Əgər Türkiyə özünün "S-400" komplekslərindən imtina edərsə - lakin onları Rusiyaya qaytarmaq əvəzinə "üçüncü bir ölkəyə" satarsa - ABŞ Türkiyəyə "F-35" təyyarələrinin satılması ideyasına qayıda bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Brüsselin "Euractiv" portalı iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitinə hazırlıq haqqında məqaləsində yazıb.

Portal qeyd edir ki, mümkün alıcılardan biri kimi Koreya Respublikasının (Cənubi Koreya) adı çəkilir.

Məqalədə xatırladılır ki, ABŞ 2019-cu ildə Rusiyadan "S-400" hava hücumundan müdafiə kompleksləri aldığına görə Türkiyəni özünün "F-35" proqramından çıxarıb. ABŞ bu qərarını, Türkiyənin öz silahlı qüvvələrində hər iki sistemi eyni vaxtda istifadə edərək, "F-35"-lərin "S-400" qarşısındakı zəif tərəfləri barədə məlumat toplaya biləcəyi narahatlığı ilə əsaslandırmışdı.

Türkiyəyə "F-35" təyyarələrinin verilməsinə Ankara ilə münasibətləri pisləşən İsrail və Türkiyənin NATO-dakı müttəfiqi, eyni zamanda Ankaranın tarixi rəqibi olan Yunanıstan da fəal şəkildə qarşı çıxır. Yunanıstan və İsrail iddia edirlər ki, Türkiyəyə "F-35"-lərin verilməsi "bölgədəki qüvvələr balansını pozacaq".

Məryəm Quliyeva