2 İyul 23:05
791
Rusiyadan üzən və may ayının sonlarında Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan Tagor tankeri lövbər saldığı Duarnenes körfəzindən yola düşüb.
APA xəbər verir ki, cümə axşamı günü “ici” radiosu tankerin sahibinin bir milyon avro cərimə olunduğu və gəminin cəriməni ödədikdən sonra Fransa sularını tərk edəcəyi barədə məlumat yayıb.
Neft tankeri hazırda Fransa sahillərindən şimal-qərbə doğru hərəkət edir.
Qeyd edək ki, Fransa Hərbi Dəniz Qüvvələri tankeri may ayının sonlarında Atlantik okeanında saxlayıb.
Gəminin kapitanının Rusiya vətəndaşı olduğu bildirilir.
2 İyul 23:06
749
2 İyul 22:04
931
2 İyul 20:03
1 022