07:30
728
Mərkəzi Afrika Respublikasının Sudanla sərhəddə yerləşən Am-Dafok şəhəri silahlı qruplaşmaların nəzarətinə keçib.
Bu barədə "Ndeke Luka" radiosu məlumat yayıb.
Məlumata görə, silahlılar Sudan ərazisindən keçərək Am-Dafok şəhərinə daxil olublar. Hadisələr nəticəsində azı 28 nəfər həlak olub.
Radioya danışan qaçqınlardan biri bildirib ki, silahlılar sərhədi keçərək şəhərə daxil olur, daha sonra geri çəkilir və yenidən qayıdaraq hücumlarını davam etdirirlər.
Mənbələrin sözlərinə görə, Am-Dafok şəhəri demək olar ki, tamamilə dağıdılıb. Ərzaq ehtiyatları, o cümlədən darı məhsulları və tibbi ləvazimatlar talan edilib.
Hadisədən sonra bölgədə humanitar vəziyyətin daha da ağırlaşdığı qeyd olunur.
Mərkəzi Afrika Respublikası hakimiyyət orqanları və təhlükəsizlik qüvvələri məsələ ilə bağlı hələlik ətraflı açıqlama verməyiblər.