"Bitcoin"in qiyməti 61 min dolları ötüb İqtisadiyyat

"Bitcoin"in qiyməti 61 min dolları ötüb

Kriptovalyuta bazarında son sutka ərzində müsbət dinamika müşahidə olunub.

“Bitcoin” son 24 saatda 0,96% bahalaşaraq 61 319 ABŞ dollarına yüksəlib.

Bazarın kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan “Ethereum” isə daha güclü artım nümayiş etdirərək son sutkada 4,26% bahalaşıb və 1 702 ABŞ dollarına çatıb.

İlk beşlikdə yer alan BNB-nin qiyməti 1,15% artaraq 559,68 ABŞ dolları olub.

Qiyməti qızıla indeksləşdirilmiş rəqəmsal aktivlərdən “PAX Gold” 2,63%, Tether Gold isə 2,61% bahalaşıb.

Digər əsas kriptovalyutalar arasında Monero 3%, “Bitcoin Cash” 3,05%, Bittensor isə 2,33% dəyər qazanıb.

Son 24 saatda kriptovalyuta bazarının ümumi kapitallaşması 1,7% artaraq 2,13 trilyon ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, qiymətlərdə artıma baxmayaraq, bazarda investorların ehtiyatlı mövqeyi qalır. Belə ki, “Fear & Greed Index” 22 bənd səviyyəsindədir ki, bu da bazarda hələ də "qorxu" əhval-ruhiyyəsinin üstünlük təşkil etdiyini göstərir.