Pentaqon: Avropa öz müdafiəsi üçün əsas məsuliyyəti üzərinə götürür Dünya

Pentaqon: Avropa öz müdafiəsi üçün əsas məsuliyyəti üzərinə götürür

Pentaqon, avropalı müttəfiqlərinin öz təhlükəsizliklərinin təmin edilməsində daha çox məsuliyyət üzərlərinə götürmələrinə yönəlmiş ABŞ planlarının uğurla icra edildiyini hesab edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə iyulun 2-də ABŞ müdafiə nazirinin siyasi işlər üzrə müavini Elbric Kolbi bildirib.

O, "X" sosial şəbəkəsində qeyd edib ki, Vaşinqton administrasiyası Şimali Atlantika Alyansında "Avropanın qeyri-nüvə silahlarının köməyi ilə öz müdafiəsinin təmin edilməsində əsas məsuliyyəti öz üzərinə götürəcəyi" dəyişikliklərə nail olur. "Çoxları bunun qeyri-mümkün olduğunu, Avropanın bu addımı ata bilməyəcəyini və ya istəməyəcəyini deyirdi. Gözümüzün qarşısında bu iddia təkzib olunur", — deyə Kolbi əlavə edib. Nazir müavini vurğulayıb ki, Vaşinqton NATO-nu müttəfiqlərin ABŞ-dan asılılığına deyil, "tərəfdaşlığa əsaslanan bir alyans" olaraq görmək istəyir.

Məryəm Quliyeva