08:56
819
İyulun 3-də Bakının bir sıra ərazilərində planlı təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər yaranacaq.
Bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verilir.
Məlumata görə, Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində aparılacaq iməcilik işləri ilə əlaqədar saat 09:00-dan 12:00-dək Badamdar qəsəbəsinin İqor Ağayev küçəsində və 20-ci sahə yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Eyni tarixdə və saatlarda Zirə Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan Pirallahı qəsəbəsində yerləşən Transformator Məntəqəsində (TM) iməcilik işləri həyata keçiriləcək. Planlı fasilə qəsəbədəki 2, 6, 8, 10, 12, 14, 16, 22 və 24 nömrəli yaşayış binalarını, Kamil Rzayev küçəsini, eləcə də Pirallahı Tibb Mərkəzi və onun ətrafında yerləşən fərdi yaşayış evlərini əhatə edəcək.
Bundan başqa, Nizami RETSİ-nin ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin bəzi hissələrində elektrik enerjisinin verilişi dayandırılacaq.
Xətai RETSİ ərazisində isə 6 kV-luq hava elektrik xətlərində naqillərin yenilənməsi ilə bağlı yenidənqurma işləri aparılacaq. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Polad Həşimov və Zeytun küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq" bildirib ki, təmir və yenidənqurma işləri başa çatdıqdan sonra qeyd olunan ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.