Qlobal fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Qlobal fond bazarlarının əsas indeks göstəriciləri

Qlobal fond bazarlarında keçirilən son ticarət sessiyası əsasən müsbət dinamika ilə başa çatıb.

ABŞ bazarlarında “Dow Jones” indeksi 1,14% və ya 594,83 bənd artaraq 52 900,07 bəndə yüksəlib. S&P 500 indeksi isə demək olar ki, dəyişməyərək 7 483,24 bənd səviyyəsində qalıb. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq Composite” isə 0,80% və ya 207,36 bənd azalaraq 25 832,67 bəndə enib. “NYSE Composite” 0,93%, “S&P/TSX Composite” isə 0,31% bahalaşıb.

Avropa bazarlarında da müsbət tendensiya qeydə alınıb. “Euro Stoxx” 50 indeksi 1,24%, FTSE 100 1,67%, “DAX” 2,16%, “CAC” 40 1,65%, “IBEX” 35 isə 1,37% yüksəlib.

Asiya-Sakit okean regionunda da əsas indekslər artım nümayiş etdirib. Nikkei 225 0,85%, “TOPIX” 1,07%, Hang Seng 1,65%, CSI 300 1,15%, “S&P/ASX” 200 isə 1,26% bahalaşıb. Bununla belə, “MSCI Asia Pacific” indeksi 1,43% geriləyib.

Analitiklər bildirirlər ki, investorların risk iştahının artması və qlobal iqtisadiyyatla bağlı nikbin gözləntilər əksər bazarlarda alışları dəstəkləyib. Bununla yanaşı, texnologiya sektorunda mənfəət realizasiyası Nasdaq indeksinin geriləməsinə səbəb olub.