08:51
1 428
Hazırda döyüş əməliyyatları bir tək Ukrayna tərəfindən həyata keçirilmir, həmçinin Rusiya tərəfi də döyüş əməliyyatlarını genişləndirib və intensivliyi artırıb. Rusiya Ukraynaya qarşı genişmiqyaslı raket və pilotsuz aparat hücumlarını davam etdirir. Ukrayna isə Rusiyanın enerji və logistika infrastrukturuna uzaqmənzilli zərbələri artırır. Bu da onu göstərir ki, yaxın perspektivdə tərəflər hələ də hərbi təzyiq yolu ilə üstünlük qazanmağa daha çox çalışırlar. Bu baxımdan Rusiyadakı enerji böhranı və digər iqtisadi problemlər Rusiyanı yaxın vaxtlarda müharibəni dayandırmağa məcbur edəcəyini, ehtimal etmək üçün kifayət etmir.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib
"Amma böyük ehtimalla Ukraynanın misilləmə intensiv hücumları Rusiyanın enerji infrastrukturunu və siyasi dəyərlərini kifayət qədər sarsıda bilib, deyə bilərəm. Bu da Kremli, müharibənin iqtisadi və siyasi baxımdan dəyərini artırır və uzunmüddətli perspektivdə təzyiq altında saxlayır. Ukraynanın məqsədi həmçinin Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir. Orduda baş verən yanacaq qıtlığı logistikanı çətinləşdirir və əməliyyatlara öz təsirini göstərir. İqtisadi baxımdan büdcəyə əlavə yüklənmələr olur və inflyasiya riski artır. Bu da daxili siyasətdə sabitliyi pozan amillərdən hesab olunur və narazılığın güclənməsinə təkan verir" - politoloq deyib.
Onun fikrincə, əlbəttə ki, əgər böhran uzun müddət davam etsə və gündəlik həyata təsir etsə, Kreml üzərində daxili təzyiq arta bilər. Rusiyanın hələ ki strateji ehtiyyatları və alternativ təchizat imkanları tukənməyib. Bu səbəbdən də dövlət nəzarəti hələ ki axsamır və öz təsirini göstərir. Buna görə də yalnız yanacaq böhranı, müharibəni dayandırmaq üçün ciddi səbəb deyil.
Bunun üçün isə daha çox ehtimal olunan səbəb odur ki, davamlı hücumlar və itkilərin sayının çox olması əsas şərtdir. İqtisadi baxımdan daha çox zəifləmə olmalıdır və diplomatik təzyiqlə birlikdə danışıqlar üçün motivasiyanı artırmaq gərəkdir. Bütün bunlar əslində Ukrayna tərəfindən həyata keçirilir, amma, kifayət deyil.
Cavid