“Qarabağ” – “Vestri” oyununa 16 mindən çox bilet satıldı İdman

“Qarabağ” – “Vestri” oyununa 16 mindən çox bilet satıldı

“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsində “Vestri”yə qarşı keçirəcəyi oyuna bilet satışı davam edir.

Qarşılaşma üçün indiyədək 16 350 bilet satılıb.

Standart biletlərin qiyməti 5, 10, 15 və 20 manatdır.

Qeyd edək ki, “Qarabağ” – “Vestri” matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.