14:10
560
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa müraciət edərək, Türkiyəyə Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi üçün yeni silah sistemlərinin verilməsindən çəkinməyi xahiş edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.
Portalın məlumatına görə, Netanyahu bu xahişi Trampa telefon danışığı zamanı çatdırıb. ABŞ lideri bu həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşür. İsrail ilk növbədə Türkiyənin beşinci nəsil "F-35" qırıcı proqramına qayıtmaq ehtimalından narahatdır — hansı ki, respublika 2019-cu ildə Rusiyadan "S-400" HHM sistemləri aldığı üçün bu proqramdan çıxarılmışdı. Ötən həftə ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan etmişdi ki, Vaşinqton Ankaraya "F-35" satışı ilə bağlı müxtəlif variantları nəzərdən keçirir.
İsrail 2023-cü ilin oktyabrında Qəzza zolağında hərbi əməliyyatların başlamasından sonra pisləşən və gərginləşən ikitərəfli münasibətlərə görə Türkiyəyə yeni silahların verilməsinə qarşı çıxır. Netanyahu "Fox News" telekanalına müsahibəsində qeyd edib ki, Türkiyəyə "F-35" qırıcılarının satılması Yaxın Şərqdəki qüvvələr balansını ciddi şəkildə dəyişə bilər.
Məryəm Quliyeva