Gürcüstan Baş Prokurorluğu Azərbaycan vətəndaşının qətli ilə bağlı ittiham irəli sürüb Hadisə

Gürcüstan Baş Prokurorluğu Azərbaycan vətəndaşının qətli ilə bağlı ittiham irəli sürüb

Tbilisidə Azərbaycan vətəndaşı Fatimə Kərimovanı öldürməkdə şübhəli bilinən Emin Əliyevə qarşı gender bərabərliyinə dözümsüzlük səbəbindən qətl ittihamı irəli sürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Baş Prokurorluq müəyyən edilmiş müddət ərzində təqsirləndirilən şəxslə bağlı həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə məhkəməyə müraciət edəcək və ona qarşı axtarış elan olunacaq.

Törədilmiş cinayət əməlinə görə 20 ilə qədər və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, qətl hadisəsi yunun 25-də baş verib. Yayılan məlumatlara əsasən, Azərbaycan vətəndaşı olan Emin Əliyev cinayət əməlini törədəndən sonra Türkiyəyə qaçıb.