14:04
805
Fransa Prezidenti Emmanuel Makron Dəməşqdə baş verən partlayışlar nəticəsində xəsarət almayıb, o, Suriyaya səfərini davam etdirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yelisey sarayına istinadən Fransanın "Public Senat" parlament telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bombalardan biri zibil qutusuna, digəri isə Fransa liderinin qaldığı otelin yaxınlığındakı avtomobilə yerləşdirilib.
Qeyd olunur ki, Makron hazırda Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şaraa ilə görüş keçirir.
"Agence France-Presse"in məlumatına görə, otelin yaxınlığında yerləşən Suriya Turizm Nazirliyinin binasının pəncərələri partlayış dalğasından sınıb.
Məryəm Quliyeva