ADSEA: Pirşağıda kanalizasiya kollektorlarının tikilən ərazidə təhlükəsizlik tədbirləri görülüb
Bakı metrosu "Qarabağ" – "Vestri" oyununa görə gücləndirilmiş rejimdə işləyəcək
Azərbaycan və Çex hökumətləri arasında Qarışıq Komissiyanın həmsədri dəyişib
Azərbaycanla Əlcəzair arasında Birgə Komissiyanın tərkibi təsdiqlənib
Zelenski: Ukrayna ordusu cəbhədən 1500 km məsafədəki Rusiya hədəflərini vurdu
15:28
882
ABŞ rəhbərliyi Türkiyəyə beşinci nəsil "F-35" qırıcılarının tədarükü variantlarından biri kimi, respublikanın silahlanmasında olan Rusiya istehsalı "S-400" HHM (Hava Hücumundan Müdafiə) sistemlərinin elementlərinin deaktiv edilməsini müzakirə edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin "Semafor" portalı mənbələrə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, Vaşinqton bu ssenarini kompromis variant hesab edir. Çünki bu addım ABŞ Konqresi tərəfindən Türkiyəyə "F-35" tədarükünə qoyulan məhdudiyyətlərdən yan keçməyə kömək etməli və eyni zamanda Ankaraya "S-400" sistemlərindən tamamilə imtina etməmək imkanı verəcək. Bununla belə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Vaşinqtonun Türkiyəyə "F-35" qırıcılarını hansı formada satacağı ilə bağlı hələlik yekun qərar qəbul etməyib.
Məryəm Quliyeva