"NATO Rusiya, İran və Yaxın Şərq ətrafında formalaşacaq" Dünya

"NATO Rusiya, İran və Yaxın Şərq ətrafında formalaşacaq"

Son NATO sammiti alyansın daha da gücləndirilməsi ilə bağlı mühüm qərarlarla yadda qaldı. Üzv ölkələr müdafiə xərclərini artırmaq və ordularını daha müasir silahlarla təchiz etmək barədə razılığa gəldilər. Sammit çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş də böyük maraq doğurdu.Trampın stabil olmayan münasibətləri fonunda iki lider arasında olan isti münasibətlər davam edir.

Bunu xalqcebhesi.az-a politoloq Vasif Əfəndi 2026-cı il 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO sammitin nəticələrinə münasibətində deyib.

"Görüşdə Yunanıstan və İsrailin etirazlarına baxmayaraq ABŞ və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, F-35 qırıcılarının və Türkiyə istehsalı qırıcılara mühərrikin satılmasında problemin olmadığı duyuruldu. NATO rəhbərliyi alyansın bundan sonra daha güclü və daha çevik fəaliyyət göstərəcəyini bildirdi. Bu addımlar Rusiyanın yaratdığı təhlükələrə qarşı kollektiv müdafiəni möhkəmləndirməyə hesablanıb. NATO Rusiyanın hərbi və iqtisadi gücünü zəiflətməkdə qəraralı olduğunu bir daha sübut etdi" - politoloq vurğulayıb.

O, qeyd edib ki, sammit ərəfəsində İrana və Livanda iranyönümlü qruplaşmalara endirilən zərbələrin bölgədə gərginliyi daha da artırıb. ABŞ və müttəfiqləri İranın nüvə proqramını durduracaqları barədə qərarlıqlarını bildirdilər. İran diplomatik danışıqların davam etməsini istəyir, lakin dünən Trampın "İranla danışılqarın bitdiyini və bundan sonra daha şiddətli güc tətbiq edəcəyi” barədə bəyanatı vəziyyəti bir qədər də mürəkkəbləşdirəcək:

"Görünür İran hələ də reallıqları dərk etmir və yaxın gələcəkdə tam təslim ediləcəklərini anlamırlar. Buna baxmayaraq, bölgədə hərbi və siyasi təzyiqlərin artdığı açıq görünür. NATO isə bu mürəkkəb şəraitdə üzv dövlətlərin təhlükəsizliyini qorumaq üçün birlik nümayiş etdirir. Görünür ki, yaxın illərdə dünya siyasətinin əsas mövzuları məhz NATO, Rusiya, İran və Yaxın Şərq ətrafında formalaşacaq".

Cavid