14:29
630
İyulun 13-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi İan Saunders Azərbaycana səfərə gəlib.
Dövlət Gömrük Komitəsində İan Saunderslə keçirilən görüşdə ÜGT ilə Azərbaycan gömrük xidməti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edilib, əlaqələrin daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Baş katibə son dövrərdə gömrük xidmətində həyata keçirilən rəqəmsal transformasiya, süni intellekt əsaslı həllər, innovativ layihələr və müasir idarəetmə yanaşmaları ilə bağlı xüsusi təqdimatlar əsasında ətraflı məlumat verilib.
Baş katib İan Saunders Dövlət Gömrük Komtəsində gömrük əməkdaşları ilə görüşüb, onlar qarşısında çıxış edərək gömrük işinin inkişafı istiqamətində tətbiq edilən yeni yanaşmalar, müasir çağırışlardan bəhs edib, Ümumdünya Gömrük Təşkilatının bu sahədə gördüyü işlərdən, hədəflərdən danışıb.
11:59
966
11:49
973
11:35
889