SEPAH ABŞ-nin Suriyadakı xüsusi əməliyyatların idarə edilməsi mərkəzinə hücum edib Gündəm

SEPAH ABŞ-nin Suriyadakı xüsusi əməliyyatların idarə edilməsi mərkəzinə hücum edib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) ABŞ-nin Suriya ərazisində yerləşən xüsusi əməliyyatların idarə edilməsi mərkəzinə zərbə endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində qarşı tərəfin radiolokasiya stansiyası və helikopterləri məhv edilib.

Məryəm Quliyeva