“Qarşıda sülh görünmür”
11:06
11:01
588
İyunun 24-də Venesuelada baş vermiş iki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 4930 nəfərə yüksəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqes məlumat verib.
Onun təqdim etdiyi məlumatlara əsasən, iyulun 15-dən bəri qurbanların sayı 101 nəfər artıb.
Bununla belə, xəsarət alanların sayı 16 740 nəfər səviyyəsində qalır — bu göstərici iyulun 5-dən bəri dəyişməyib. Hakimiyyət orqanlarının məlumatına görə, 17 907 nəfər hələ də sığınacaqsızdır, digər 21 210 nəfər isə 107 müvəqqəti düşərgədə yerləşdirilib.
Rodriqesin paylaşımından məlum olur ki, zəlzələlər 856 binaya ziyan vurub, onlardan 190-ı tamamilə dağılıb. Bu göstəricilər də iyulun 4-dən bəri dəyişməz olaraq qalır.
Hakimiyyət itkin düşənlərin sayı barədə rəsmi məlumat dərc etməyib. Beynəlxalq Xilasetmə Komitəsi və BMT-nin Humanitar İşlərin Əlaqələndirilməsi İdarəsinin qiymətləndirmələrinə görə, bu rəqəm 50 min nəfərə çata bilər.
Məryəm Quliyeva