"Heç bir ölkə Suriyanı öz münaqişələrinin meydanına çevirməməlidir" Dünya

"Heç bir ölkə Suriyanı öz münaqişələrinin meydanına çevirməməlidir"

İranın Suriya ərazisindəki hərbi fəaliyyətləri bu ölkənin sabitliyini və təhlükəsizliyini hədəf alır. Suriyanın regional güc mübarizəsi meydanına çevrilməsi yolverilməzdir.

Bunu xalqcebhesi.az-a Suriya parlamentinin Hələb şəhərindən olan türkmən əsilli deputatı Tarık Sulo Cevizci İranın Suriyaya hücumuna münasibətində deyib.

"Suriya xalqı yeni münaqişələr deyil, sülh, sabitlik və bərpa prosesi istəyir. Bütün ölkələr Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. İranın Suriya ərazisində hərbi əməliyyatlar aparması və bu ərazini regional hesablaşmalar meydanına çevirməsi ölkənin təhlükəsizliyini və sabitliyini təhdid edir. Suriya xalqı yeni qarşıdurmalar deyil, sabitlik və bərpa istəyir. Heç bir ölkə Suriyanı öz münaqişələrinin meydanına çevirməməlidir" - millət vəkili qeyd edib.

Xatırladaq ki, İran Suriyadakı Ət-Tanf hərbi bazasında yerləşən ABŞ xüsusi əməliyyatlar komandanlıq mərkəzinə hücum edib.

SEPAH-ın məlumatına görə, hücum İranşəhrdə İran əsgərlərinin öldürülməsinə qarşı cavab addımıdır. İran Hörmüz boğazına tam nəzarəti saxlayır və ABŞ-ın yenilənmiş hücumları davam etdiyi müddətcə su yolu ilə heç bir neft və ya qaz ixrac olunmayacaq”.

Qeyd edək ki, İran müharibə başlayandan bəri ilk dəfə olaraq Suriyaya zərbələr endirib.

Cavid