Yəmən husiləri Səudiyyə Ərəbistanına dəniz blokadası elan edib Gündəm

Yəmən husiləri Səudiyyə Ərəbistanına dəniz blokadası elan edib

Yəmənin "Ənsar Allah" qiyamçı hərəkatının husiləri Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasının tətbiq edildiyini bəyan ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib.

"Yəmən Silahlı Qüvvələri (husilər nəzərdə tutulur) "mühasirəyə cavab olaraq mühasirə" düsturuna uyğun olaraq Səudiyyə Ərəbistanı üçün dəniz gəmiçiliyinə qadağa qoyulduğunu elan edir. Qərar bu bəyanatın səsləndirildiyi andan qüvvəyə minir", — deyə o, öz "Telegram" kanalında yazıb.

Bəyanatda vurğulanır ki, hərəkat Ər-Riyadın hərəkətlərinə cavab olaraq "hərtərəfli eskalasiya" hüququnu özündə saxlayır. "Silahlı Qüvvələr hadisələrin bütün inkişaf ssenarilərinə tam hazır olduqlarını təsdiqləyirlər. Səudiyyə Ərəbistanının eskalasiya yolu ilə edəcəyi istənilən axmaqlığa sərt cavab verəcəyik", — deyə mətndə qeyd olunur. Qiyamçılar, həmçinin tərəfdarlarını ümumi səfərbərliyi davam etdirməyə çağırıblar.

Məryəm Quliyeva