İsrail ABŞ-ni İrana qarşı tammiqyaslı zərbələri bərpa etməyə çağırır Dünya

İsrail ABŞ-ni İrana qarşı tammiqyaslı zərbələri bərpa etməyə çağırır

İsrail rəhbərliyi İslam Respublikasının raket potensialını daha da zəiflətmək və onun nüvə proqramı ilə bağlı obyektlərini tamamilə məhv etmək məqsədilə ABŞ hakimiyyətini İrana qarşı tammiqyaslı hərbi əməliyyatları bərpa etməyə inandırmağa çalışır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat verib.

Xüsusilə, İsrail xüsusi xidmət orqanları İranın uranın zənginləşdirilməsi üçün nəzərdə tutulan sentrifuqaları Nətənz yaxınlığındakı Kırka dağı altında yerləşən yeraltı tunellərə köçürməsi barədə məlumatları ABŞ-yə ötürüb. İsrail kəşfiyyatının məlumatına görə, bu ərazidəki tunellərin dərinliyi 140 metrə çatır. İsrail rəhbərliyi bu məlumatın ABŞ-nin İrana qarşı növbəti addımlarına təsir edəcəyini və Vaşinqtonu yeni, daha güclü zərbələr dalğasına sövq edəcəyini gözləyir.

WSJ qeyd edir ki, bu ilin yazında və 2025-ci ilin iyununda baş verən əvvəlki zərbələr dalğası zamanı Kırka dağı ərazisi prioritet hədəflər siyahısında olmayıb.

Məryəm Quliyeva