KİV: Tramp 60 ölkədən idxal olunan mallara yeni rüsumlar tətbiq edə bilər
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edildi
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
11:34
1 099
Hindistan Qara dənizdə gəmiyə endirilən zərbə nəticəsində dörd hindistanlı dənizçinin həlak olmasından sonra Rusiyanın müvəqqəti işlər vəkili Vladimir Ladanovu Xarici İşlər Nazirliyinə çağırıb. Söhbət Hindistan hakimiyyətinin məlumatına görə Ukraynanın Odessa limanından çıxan "MV Golden Leo" quru yük gəmisindən gedir.
Xalqcebhesi.az xəbər verir ki, diplomatın çağırılması barədə mənbələrə istinadən Hindistan mediası, o cümlədən "Hindustan Times" və "India Today" məlumat yayıb.
Hindistanlı dənizçilərin həlak olması barədə iyulun 20-də məlum olub. Verilən məlumata görə, "Golden Leo" Qvineya-Bisau bayrağı altında üzürmüş. Gəminin heyəti Hindistan və Suriya vətəndaşlarından ibarət olub. Hindistan XİN gəmiyə olunan hücumu pisləsə də, bəyanatda Rusiyanın adı çəkilməyib.
"Hindistan bu cür hücumları pisləyir və bir daha vurğulayır ki, ticarət gəmilərinə hücumlar, mülki şəxslərin həyatı üçün təhlükə yaradılması, eləcə də gəmiçilik və ticarət azadlığına hər hansı başqa şəkildə mane olunması qəbuledilməzdir və dayandırılmalıdır", — deyə Hindistan XİN-dən bildirilib. Ukrayna tərəfi gəmiyə Rusiya Silahlı Qüvvələri tərəfindən raket zərbələri endirildiyini iddia edib. Rusiya hakimiyyəti hələlik Hindistan XİN-in iddiası ilə bağlı şərh verməyib.
Məryəm Quliyeva