13:03
882
Səudiyyə Ərəbistanı dinc nüvə proqramını inkişaf etdirmək niyyətindədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyan edib.
"Səudiyyə Ərəbistanı dinc nüvə proqramına can atır", — deyə o, ASEAN çərçivəsində keçirilən nazirlər səviyyəsindəki tədbirlər çərçivəsində mətbuat konfransında bildirib.
Rubionun sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı tərəfdaşlıq nüvə silahının yaradılmasının qarşısını almağa imkan verəcək zəmanətləri nəzərdə tutur.
Məryəm Quliyeva