10:03
385
Çinin Tsinxay əyalətinin Xaysi-Tibet Muxtar Dairəsinin Sinxay qəzasında çərşənbə axşamı 5,8 və 5,7 maqnitudalı iki ardıcıl zəlzələ baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Xinhua" Çin Seysmoloji Mərkəzinə (CENC) istinadən məlumat yayıb.
Seysmololoqların məlumatına görə, 5,7 maqnitudalı ilk zəlzələ yerli vaxtla saat 11:16-da (Bakı vaxtı ilə 07:16-da) qeydə alınıb. 18 dəqiqə sonra, saat 11:34-də (Bakı vaxtı ilə 07:34-də) həmin rayonda 5,8 maqnitudalı ikinci yeraltı təkan baş verib.
İkinci zəlzələnin episentri şimal enliyinin 35,35 dərəcəsi və şərq uzunluğunun 99,58 dərəcəsi koordinatlarında yerləşib. Hər iki zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə hazırda məlumat daxil olmayıb.
Məryəm Quliyeva