Mərakeş təhlükəsizlik qüvvələri Seutaya kütləvi keçid cəhdinin qarşısını alıb Gündəm

Mərakeş təhlükəsizlik qüvvələri Seutaya kütləvi keçid cəhdinin qarşısını alıb

Mərakeş təhlükəsizlik qüvvələri, əsasən Saharanın cənubundakı Afrikadan olan yüzlərlə miqrantın İspaniyanın Seuta şəhərinə sərhədi qanunsuz keçmək cəhdinin qarşısını alıb. Miqrantlar Mərakeşin Fnidek (ispanca Castillejos) şəhərinin kənarında gizlənirdilər.

Xalqcebhesi.az-ın xəbərinə görə, Mərakeş təhlükəsizlik qüvvələrindəki mənbələr EFE agentliyinə bildiriblər ki, əməliyyat Seutadan cənub-qərbdə yerləşən dağlıq ərazidə keçirilib.

Həftənin əvvəlində Mərakeş DİN-dən bəyan edilib ki, son günlər müxtəlif sosial şəbəkələrdə avqustun 15-də Seuta ilə sərhəddən kütləvi keçidlə bağlı dəfələrlə çağırışlar olunub.

İyulun 30-31-də on minlərlə qeyri-qanuni miqrantın sərhədi kütləvi şəkildə keçməyə müvəffəq olmasından sonra Mərakeş hakimiyyəti ölkənin Afrikada yerləşən İspaniya şəhərləri Seuta və Melilya rayonundakı sərhədinin təhlükəsizliyini təmin etmək üzrə əməliyyatda iştirak etmək üçün minlərlə hərbçi göndərib.

Məryəm Quliyeva