13:08
791
İspaniyanın Seuta muxtar şəhərinin hökumət başçısı Xuan Xesus Vivas 30 gün ərzində miqrasiya böhranı ilə bağlı vəziyyət yaxşılığa doğru dəyişməzsə, İspaniya mərkəzi kabinetini məhkəmə orqanlarına şikayət edəcəyi ilə hədələyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
"Avqustun ilk günlərində Madrid normal vəziyyəti bərpa etdiyini iddia edərək həqiqəti bəzəməyə çalışdı", — deyə nəşr siyasətçinin sözlərini sitat gətirir. — "Bundan sonra tədbirlərin görülməsində demək olar ki, tam passivlik nümayiş etdirildi".
Vivas mərkəzi hökumətə vəziyyəti dəyişmək üçün 30 gün vaxt verib və əks halda digər dövlət instansiyalarına müraciət edəcəyini bildirib:
"Seuta sakinləri təslim olmaq niyyətində deyillər. Hökumət dövlətin çox mühüm hissəsidir, lakin bütöv dövlət demək deyil. Biz digər dövlət strukturlarına və bütün İspaniya cəmiyyətinə müraciət etmək əzmindəyik. Biz digər dövlət organlarına — Baş Korteslərə (parlament), məhkəmə hakimiyyətinə, muxtar qurumlara, Bələdiyyələr Federasiyasına və Avropaya müraciət edəcəyik", — deyə Vivas əmin edib.
Məryəm Quliyeva