11:56
651
Rusiya hərbçiləri Çornomorsk limanında Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş yanacaq-sürtkü materialları olan çənlərə zərbə endiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən həmçinin bildirilib ki, Qara dəniz akvatoriyasında, Odessadan cənub-şərqdə hərbi təyinatlı əmlak daşıyan quru yük gəmisi də vurulub.
Müdafiə Nazirliyinin dəqiqləşdirdiyinə görə, bu əməliyyatlar 18 və 19 avqust tarixlərində həyata keçirilib.
Məryəm Quliyeva