Nəsilləri birləşdirən milli musiqimizin şah əsəri - Azərbaycan muğamı
Çempionlar Liqası: “Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq
Mərkəzi Azəri platformasının profilaktik işlər proqramı başa çatıb
Bessent: "İranın Hörmüz boğazı ilə təzyiq etməsinə icazə verilməyəcək"
Avstraliya ABŞ-nin İranla münaqişəsi səbəbindən raketsiz qalmaqdan qorxur
11:09
581
ABŞ Ədliyyə Nazirliyi dünyanın müxtəlif ölkələrində bir sıra terror aktlarının təşkilində əli olan "Vilayət Xorasan" qruplaşmasının (İslam Dövləti terror təşkilatının Əfqanıstan qanadı) iki döyüşçüsünün yeri haqqında məlumata görə mükafat təyin edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilir.
Şahab əl-Mühacir kimi də tanınan Sənaulla Qafarinin yeri haqqında məlumata görə Ədliyyə Nazirliyi 8 milyon dollara qədər mükafat təklif edib. O, 2020-ci ildə təşkilatın bütün Əfqanıstan ərazisindəki əməliyyatlarına cavabdeh olan "Vilayət Xorasan"ın liderlərindən biri olub.
Qurum, Salahuddin və ya Mövləvi Rəcəb kimi də tanınan Obeydulla haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edir. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, o, "Vilayət Xorasan"ın əsas fiqurlarından biridir və təşkilatın Asiya ölkələrində və digər bəzi dövlətlərdəki özəklərinin fəaliyyətinin əlaqələndirilməsinə, habelə şəbəkənin maliyyələşdirilməsinə cavabdehdir.
Məryəm Quliyeva