Avstraliya ABŞ-nin İranla münaqişəsi səbəbindən raketsiz qalmaqdan qorxur Gündəm

Avstraliya ABŞ-nin İranla münaqişəsi səbəbindən raketsiz qalmaqdan qorxur

Avstraliya ABŞ-nin İranla münaqişəsinin amerikalıların silah ehtiyatlarını əhəmiyyətli dərəcədə tükəndirməsi səbəbindən ABŞ raketləri olmadan qalmaq perspektivindən narahatdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri yazır.

Kanberranın müdafiə strategiyası böyük dərəcədə Birləşmiş Ştatlar tərəfindən istehsal olunan silahlara söykənir. İndi isə ABŞ-nin müttəfiqləri, o cümlədən Avstraliya öz raket proqramlarını bərpa etməyə məcburdurlar, çünki Vaşinqton öz silah ehtiyatlarını tamamlamaqla məşğuldur.

"Əgər Hind-Sakit okean regionunda yüksək intensivlikli münaqişə alovlanarsa, Avstraliya zərbə və tutma (HİM-DÖM) üçün kifayət qədər raket ehtiyatının olmaması, eləcə də onları kütləvi şəkildə istehsal edə bilməməsi səbəbindən təhlükəli vəziyyətə düşəcək", – deyə Avstraliya müxalifətinin müdafiə məsələləri üzrə nümayəndəsi Ceyms Paterson nəşrə bildirib.

Məryəm Quliyeva