ABŞ Hörmüz boğazındakı vəziyyəti öz xeyrinə dəyişdiyini hesab edir Gündəm

ABŞ Hörmüz boğazındakı vəziyyəti öz xeyrinə dəyişdiyini hesab edir

Birləşmiş Ştatlar Hörmüz boğazında vəziyyətin öz xeyrinə dəyişməsinə nail olduğunu düşünür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Nəşrin yazdığına görə, rəsmi Vaşinqton nümayəndələri "boğazdakı vəziyyəti köklü şəkildə dəyişdiklərini və bunun müharibədə yalnız dünya iqtisadiyyatına tədricən rahatlıq gətirməklə qalanmayacaq, həm də İranla daha əlverişli sazişə gətirib çıxaracaq bir dönüş nöqtəsi ola biləcəyini" bildirirlər. Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp avqustun 27-də portala verdiyi müsahibədə boğazın gəmiçilik üçün artıq tam açıq olduğunu iddia edib. "İran tərəfinin amerikalıların boğazdakı hərəkətlərinə cavabı çox yumşaqdır. Onlar təkrar zərbə endirməyimizi istəmirlər. Bütün məsələ bundadır. Qalan heç nəyin əhəmiyyəti yoxdur", — deyə Amerika lideri qeyd edib.

Adı açıqlanmayan ABŞ rəsmilərinə istinad edən "Axios" yazır ki, "İran güman ki, boğaza nəzarətin böyük hissəsini itirib". Vaşinqtonun qənaətinə görə, ABŞ Silahlı Qüvvələri "əslində onun əsas hissəsinə nəzarət edir".

Məryəm Quliyeva