10:13
462
Hörmüz boğazının cənub hissəsində "qanunsuz marşrutdan" istifadə etməyə çalışan supertanker minalara düşərək partlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fars" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
SEPAH-ın bəyanatında göstərilir ki, gəmi iki minaya düşüb. Məlumatda insidentin bir neçə saat əvvəl baş verdiyi dəqiqləşdirilir.
"SEPAH-ın HDQ bir daha xəbərdarlıq edir ki, Hörmüz boğazından təhlükəsiz keçid normalarını pozan gəmiləri məhz belə taley gözləyir. SEPAH HDQ tərəfindən səsləndirilən boğazdan keçmə və orada naviqasiya qaydalarına əməl olunması mütləqdir", — deyə agentlik SEPAH HDQ-nin bəyanatından sitat gətirir.
Məlumatda gəminin sahibləri barədə hər hansı təfərrüat verilmir, həmçinin onun yüklü olub-olmadığı və hansı ölkəyə istiqamətləndiyi dəqiqləşdirilmir.
Məryəm Quliyeva