Netanyahu: "7 oktyabrdan əvvəl BƏƏ prezidenti ilə heç bir danışıq olmayıb" Dünya

Netanyahu: "7 oktyabrdan əvvəl BƏƏ prezidenti ilə heç bir danışıq olmayıb"

İsrailin Baş naziri Binyamin Netanyahu BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhayyanın 2023-cü il 7 oktyabr hadisələrindən az əvvəl HƏMAS-ın hazırladığı hücum barədə ona xəbərdarlıq etməsi haqqında xəbərləri təkzib edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Netanyahu "Haaretz" qəzetinin nəşrini böhtan adlandırıb və vəkillərinə nəşriyyata, eləcə də məqalə müəlliflərinə qarşı iddia qaldırmağı tapşırdığını bildirib. Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayının əvvəlindən 7 oktyabra qədər BƏƏ prezidenti ilə heç bir danışığı olmayıb.

"Sentyabrın əvvəlindən 7 oktyabra qədər Baş nazir ilə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti arasında heç bir telefon danışığı olmayıb", — deyə Netanyahunun bəyanatında bildirilir.

Baş nazir həmçinin bəyan edib ki, onun dəftərxanası, Milli Təhlükəsizlik Şurası və hərbi katiblik zəng jurnalını yoxlayıb və bu cür təmaslar aşkar etməyib. Onun sözlərinə görə, iki ölkə lideri arasında rəsmi danışıqlar Baş nazirin dəftərxanası vasitəsilə aparılır və sənədləşdirilir.

Məryəm Quliyeva