Tramp süni intellektin adını "superintellekt"ə dəyişdi Dünya

Tramp süni intellektin adını "superintellekt"ə dəyişdi

ABŞ administrasiyasının rəhbəri Donald Tramp ABŞ federal hökumətinin terminologiyasında süni intellektin (Sİ) "superintellekt" kimi yenidən adlandırılması barədə fərman imzalayıb.

Xalqcebhesi.az xəbər verir ki, sənədi çərşənbə axşamı Ağ Evin mətbuat xidməti yayıb.

​Fərmanda bildirilir ki, "federal hökumət tərəfindən istifadə olunan terminologiya bu texnologiyaların çevirici imkanlarını və Amerika xalqı üçün açdığı sərhədsiz perspektivləri əks etdirməlidir".

​"Bu baxımdan" superintellekt" termini bu texnologiyaların perspektivlərini, potensialını və sürətlə inkişaf edən imkanlarını dəfələrlə daha dəqiq ifadə edir", - deyə Trampın fərmanında qeyd olunur.

​Sənədə əsasən, ABŞ idarələrinə və digər hökumət strukturlarına "qanunun yol verdiyi dərəcədə" rəsmi yazışmalarda, ictimai bəyanatlarda, veb-saytlarda, hesabatlarda və qanunvericilik aktı olmayan digər sənədlərdə "superintellekt" terminindən istifadə etmək tapşırılıb. Bununla belə, fərman artıq "süni intellekt" terminini ehtiva edən normativ-hüquqi aktlara dəyişiklik edilməsini tələb etmir.

Məryəm Quliyeva