15:20
651
Pakistan Ər-Riyad, İslamabad və Ankara arasında bu yaxınlarda bağlanan qarşılıqlı müdafiə müqaviləsi çərçivəsində öz hərbi qulluqçularının Səudiyyə Ərəbistanında olduğunu təsdiqləyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi general-mayor Əhməd Şərif Çoudri CNN-ə bildirib.
"Pakistan qoşunları artıq oradadır. Sizinlə bölüşə biləcəyim məlumat budur", - deyə Çoudri bildirib. Onun sözlərinə görə, kontingentin sayı və təchizatı haqqında məlumatlar məxfidir. O qeyd edib ki, İslamabadın Səudiyyə Ərəbistanının təhlükəsizliyinin təmin edilməsi üzrə öhdəlikləri "mütləqdir", kollektiv təhlükəsizlik haqqında saziş isə "iştirakçılardan birinə hücum hamıya hücum hesab olunur" prinsipi ilə fəaliyyət göstərir.
General vurğulayıb ki, Pakistan qüvvələri müstəsna olaraq müdafiə funksiyasını yerinə yetirir və "kollektiv çəkindirmə" üçün nəzərdə tutulub. Bununla yanaşı, İslamabad gərginliyin azaldılması və İran-ABŞ münaqişəsinin eskalasiyasının dayandırılması istiqamətində diplomatik səylərini davam etdirir.
Məryəm Quliyeva