SpaceX Ukrayna ordusuna Starlink-ə giriş məhdudiyyətlərini yenidən sərtləşdirib Dünya

SpaceX Ukrayna ordusuna Starlink-ə giriş məhdudiyyətlərini yenidən sərtləşdirib

"SpaceX" şirkəti səhər saatlarında Ukrayna Silahlı Qüvvələri (USQ) üçün "Starlink" peyk interneti terminallarının sürətini daha da məhdudlaşdırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin sabiq müşaviri Sergey Sternenko məlumat verib.

"Hərbçilərdən məlumatlar daxil olur ki, operatorlarımız üçün "Starlink" peyk rabitəsi terminallarından istifadəyə dair məhdudiyyətlər yenicə bir qədər də sərtləşdirilib. Rabitənin kəsilməyə başladığı sürət həddi 60–70 km/saat təşkil edir", - deyə o, özünün "Telegram" kanalında yazıb.

Səhər saatlarında Vladimir Zelenskinin ştatdankənar müşaviri, rabitə və pilotsuz sistemlər üzrə mütəxəssis Sergey Beskrestnov xəbər vermişdi ki, "SpaceX" gecə saatlarında USQ üçün "Starlink" terminallarının iş sürətini 160 km/saat həddində məhdudlaşdırıb. Onun sözlərinə görə, bu səbəbdən "bir sıra əməliyyatlar pozulub".

Məryəm Quliyeva