Tramp: Respublikaçılar qalib gəlsə, hər amerikalı 5 min dollar alacaq Dünya

Tramp: Respublikaçılar qalib gəlsə, hər amerikalı 5 min dollar alacaq

Noyabrda keçiriləcək Konqresə aralıq seçimIərində Demokratlar qələbə qazanarsa, ABŞ-ni yeni yeni Böyük Depressiya gözləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp bəyan edib.

"Əgər Demokratlar qalib gəlsələr, siz 1929-cu il ruhunda iqtisadi tənəzzül alacaqsınız", - deyə o, Alyaska ştatında tərəfdarları qarşısında çıxış edərkən xəbərdarlıq edib. Respublikaçıların qələbəsi halında isə Tramp amerikalıların "ciblərinə 5 min dollar qoyacaqlarını və əvvəllər görünməmiş iqtisadi uğurlar əldə edəcəklərini" vəd edib.

Məryəm Quliyeva